Günəş tutulması başladı 

21:21 02.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı vaxtı ilə saat 20:55-də tam Günəş tutulması başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının  Şamaxı Astrofizika Rəsədxanasından hafta.az-a  verilən məlumata görə, bu gün yerli vaxtla saat 20:55-də başlayan bu təbiət hadisəsi 3 iyul 01:50-də başa çatacaq.


Məlumata görə,  proses Çili, Argentina, Cənubi Amerika və Sakit okeanın cənubundan aydın görünəcək.

Qeyd edək ki, növbəti Günəş tutulması dekabrın 26-na təsadüf edəcək.